Şagirdlər fizika fənni üzrə biliklərini yoxladılar

"Gənc fiziklərin yaradıcılq müsabiqəsi"nin məktəb turu keçirildi. Müsabiqədə şərtlərə müvafiq olaraq IX,X və XI sinif şagirdləri iştirak edirdi. Şagirdlərə oxuduqları sinif proqramına uyğun açıq tipli suallardan təşkil edilmiş tapşırıqlar təqdim edildi. Ayrılan vaxt ərzində onlar tapşırıqları cavablandırırdılar. Hər sinif üzrə daha yaxşı nəticə göstərən şagirdlərdən ibarət 3 nəfərlik komanda müsabiqənin dekabr ayında keçiriləcək rayon mərhələsində məktəbi təmsil edəcək.