Məktəbliliər təəssüratlarını bölüşdülər

“Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində N.Babayev  adına 144 N-li məktəbin 2 şagirdi Lənkəran - Masallı –Astara rayonlarında  oldular.

Qeyd edək ki, ölkə başçısının ideyası əsasında gerçəkləşən bu layihə məktəblilərimizin  biliklərinin genişlənməsinə, rayonlarımızın tarixi məkanlarını tanıması baxımından olduqca əhəmiyyətli layihədir.  Tur-aksiyadan yüksək əhval –ruhiyyə ilə qayıdan şagirdlər öz təəssüratlarını həm yaşıdları ilə bölüşdülər. 144 nömrəli tam orta məktəbin şagirdləri Nicat Hüseynli, Surxay Nadirzadə “Ölkəmizi Tanıyaq” layihəsi çərçivəsində ölkəmizin müxtəlif bölgələrinə reallaşdırılan maarifləndirici tur-aksiyalar əhəmiyyətindən danışdılar. Tur  zamanı gördükləri barədə  özlərinin çəkdikləri fotoşəkillərdən ibarət videoçarxı təqdim etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi