Monitorinq nəticələri müzakirə edildi

22.11.2017-ci il tarixdə ibtidai siniflər üzrə  fənn metodbirləşmə iclası keçirildi. İclasın keçirilməsində məqsəd noyabrın 15-də II-IV siniflərdə Anzərbaycan dili və Riyaziyyat fənni üzrə aparılmış monitorinq nəticələrinin təhlili və müzakirəsi idi. İbtidai siniflər üzrə fənn metodbirləşmə rəhbəri Ülviyyə Vahidova çıxış edərək  son nəticələrin ilin əvvəlində aparılmış monitorinqin nəticələri ilə müqayisəli təhlilini özündə əks etdirən hesabat təqdim etdi. Bildirdi ki, ötən monitorinqin nəticələri ilə müqayisədə aşağı siniflərdə irəliləmə, 4-cü siniflərdə isə geriləmə vardır. Bu geriləmələrin qarşısını almaq, təhsildə keyfiyyətin əldə olunması üçün sistemli yanaşma və davamlı monitorinqlər, sonra isə montorinqin nəticələrinə uyğun olaraq işi qurmaq lazımdır. İbtidai sinif müəllimi Zəminə Əliyeva şagirdlərin fənn, eləcə də dünyagörüşlərinin inkişafı üçün yalnız yoxlama işləri deyil, intellektual yarışlar, açıq sualları özündə əks etdirən olimpiadalar təşkil etmək də məqəsəduyğun olar. Qərara alındı ki, bundan sonra ibtidai siniflərdə monitorinqlər mütəmadi olaraq hər ay keçirilsin, 31 dekabr dünya azərbaycanlarının həmrəyliyi günü münasibəti ilə ibtidai sinif şagirdləri arasında intellektual bilik yarışı təşkil edilsin və qaliblər rəhbərlik tərəfindən rəğbətləndirilsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi