Sinif rəhbərlərinin iclası keçirildi

21.11.2017-ci il tarixdə məktəb üzrə sinif rəhbərlərinin ümumi iclası keçirildi. İclasda tətil günlərinin necə keçirilməsi,  məktəbli forması, şagirdlərin dərsə davamiyyəti və nizam-intizamı, valideynlərlə işin səmərəli təşkili, siniflərin qış mövsümündə səliqəli saxlanması, eləcə də  birinci yarımilin sonu üçün aparılacaq böyük summativ qiymətləndirmələrə hazırlıq və s. müzakirə edildi. Qarşıda duran vəzifələrin həlli üçün təkliflər dinlənildi. Rəhbərlik tərəfindən verilən tapşırıqlar üzrə vəzifə- iş bölgüsü təqdim edildi. Məktəbin direktoru Həcər Mahmudova sinif jurnallarının mühüm dövlət sənədi olduğunu xatırladaraq hər aya rəhbərlikdən əlavə olaraq sinif rəhbərlərinin də vaxtlı-vaxtında yoxlanması və onun səliqəli aparılmasına ciddi nəzarət etmələri barədə tapşırıq verdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi