Layihə çərçivəsində işlər davam edir

"Tədrisin keyfiyyətinin artırılmasında məktəblərası əməkdaşlığın əhəmiyyəti" layihəsinin fəlaiyyət planına müvafiq olaraq 144 N-li məktəbin İngilis dili müəllimləri Vəfa Səlimova və Nərmin Məmmədova ingilis dili fənninin tədrisinin keyfiyyətinin yüksəldilməsində danışıq klublarının əhəmiyyəti, rolu və yaradılması barədə 16.11.2017-ci il tarixdə əməkdaşlıq edilən 182 N-li məktəbdə, sonra isə 17.11.2017-ci il tarixdə 314 N-li məktəbdə həmin məktəblərin ingilis dili müəllimləri üçün təlim keçirdilər.