Layihə çərçivəsində 314 N-li məktəbin təcrübəsi öyrənilir

Layihə çərçivəsində 14.11.2017-ci il tarixdə 314 N-li tam orta məktəbin fənn metodbirləşmələri və metodşuranın fəaliyyəti istiqamətində təcrübəsi öyrənildi. 314 N-li məktəbin direktoru Nazir müəllimin təqdimatında həmin məktəbdə təşkil edilmiş fənn metodbirləşmələrinin fəaliyyətinin təşkili qaydaları, əldə edilən uğurlar və gələcəkdə nəzərdə tutulan işlər barədə faydalı məlumatlar əldə etdik. Müəllimin pedaqoji fəaliyyətinin xəritəsinin hazırlanması, qiymətləndirilməsi, hər zaman öz üzərində işləməsi və öyrənməsi üçün motivasiya mexanizmi barədə səmərəli təklifləri dinlənildi. Nazir müəllimə dəyərli vaxtını ayırıb layihəyə verdiyi əməyi üçün təşəkkür edirik.