M.P.Vaqifin 300 illiyi qeyd edildi

14.11.2017-ci il tarixdə məktəbin ədəbiyyat müəllimi Radə Məmmədovanın təşkilatçılığı ilə şagirdlərin ifasında Molla Pənah Vaqifin 300 illiyinə həsr edilmiş ədəbi-bədii kompozisiya təqdim edilmişdir. 

Qeyd edək ki, Molla Pənah Vaqif (1717-1797) – XVIII əsr Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim, Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri olmuşdur.

Molla Pənah Vaqif Azərbaycan xalqının orta əsrlər ənənələri ruhunda və yeni tipli, realist, şifahi xalq poeziyasına yaxın şeirlər yazmış şairlərdəndir. Onun yaradıcılığı Azərbaycan poeziyasının gələcək inkişafına böyük təsir göstərmişdir.

Azərbaycan tarixinə həmçinin siyasi xadim kimi daxil olan Vaqif taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirmişdir.

Vaqifin yaradıcılığı daim tədqiq obyektinə çevrilmiş, əsərləri kütləvi tirajla nəşr edilmiş və yubileyi keçirilmişdir. 1982-ci il yanvarın 14-də ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şairin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açılışı olmuşdur. 

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev  böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında  Sərəncam imzalamışdır.

Məktəbdə təşkil edilmiş ədəbi-bədii kompozisiyada əvvəlcə ədəbiyyat müəllimi R.Məmmədova Molla Pənah Vaqif Azərbaycan ədəbiyyatında yeri və rolunun əhəmiyyəti barədə danışdı. Sonra şair haqqında video-çarx nümayiş edildi, şagirdlər Vaqifin həyat və yaradıcılığı haqqında əldə etdikləri məlumatları təqdim etdilər, tarın müşaiyəti ilə şairin şeirlərini səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi