Əməkdaş məktəblərin layihə üzrə növbəti görüşü təşkil edildi

Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən elan edilmiş "Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi"ndə Məktəblərarası əməkdaşlığın inkişafı nominasiyası üzrə məktəbimizin qalib olduğu "Tədrisin keyfiyyətinin yüksəldilməsində Məktəblərarası əməkdaşlığın rolu" layihəsi çərçivəsində növbəti görüş Yasamal rayonu Ş.Əfəndizadə adına 13 N-li tam orta məktəbdə təşkil edildi. Görüşdə 13,144,182,245,314 N-li məktəbin rəhbərləri, nümayəndələri və Kiçik Akademiyaçı şagirdlər iştirak etdi. Burada məqsəd məktəbdə fəaliyyət göstərən Kiçik Akademiyanın məqsəd və vəzifələri, şagird öyrənməsində onun rolu barədə təcrübə mübadiləsi idi. Eyni zamanda hər məktəbin bu sahədə öz təcrübəsini, qazandığı uğurları, eyni zamanda gələcəkdə yerinə yetirəcəyi işləri müzakirə etmək, bir-birinin təcrübəsindən faydalanmaq idi. 13 N-li məktəbin direktoru Yaqut xanım məktəbdə yaradılmış Kiçik Akademiya guşəsi ilə qonaqları tanış edərək onun fəaliyyəti barədə ətraflı məlumat verdi. Yaqut xanıma göstərdiyi qonaqpərvərliyə, təşkilati dəstəyə və təcrübə mübadiləsinə görə təşəkkür edirik. Çox maraqlı və faydalı görüş oldu.