Dövlət Bayrağı Günü qeyd edildi

9 Noyabr – Dövlət Bayrağı günü münasibəti ilə tədbir keçirildi.Məktəbin illik fəaliyyət planının 1.3.12-ci bəndinə müvafiq olaraq şagirdlərdə milli-mənəvi dəyərlərimizə, dövlət rəmzlərimizə hörmət hissinin aşılanması və vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə mütəmadi olaraq məktəbdə silsilə tədbirlərin həyata keçirilir. Belə tədbirlərdən biri də 08.11.2017-ci il tarixdə məktəbin akt zalında təşkil edildi. Tədbirdə Qarabağ döyüşləri veteranları, valideynlər, məktəbin müəllim və şagirdləri iştirak edirdi. Əvvəlcə dəvət edilən qonaqlar Dövlət bayrağı günü münasibəti ilə təşkil edilmiş rəsm və əl işləri müsabiqəsində fərqlənən rəsmlərdən ibarət foyedə hazırlanmış sərgi ilə yaxından tanış oldular, şagirdlərlə dövlət atributları və onun əhəmiyyəti barədə fikir mübadiləsi apardılr. Sonra isə qonaqlar məktəbin akt zalında təşkil olunmuş tədbirə tamaşa etdilər.Tədbirin əvvəlində dövlət himni səsləndirildi, əsgər geyimində şagirdlərimiz qürur mənbəyimiz ola üçrəngli bayrağı səhnəyə gətirdilər.Məktəbin direktoru Həcər Mahmudova tədbiri giriş sözü ilə açaraq qonaqları salamladı, bu günün əhəmiyyətini vurğulayaraq məlumat verdi ki, bayraq bizim mənliyimiz, kimliyimizdir. Dövlətimiz hər zaman bayrağa xüsusi önəm verir. Qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 Noyabr tarixi Dövlət Bayrağı günü elan edilmişdir. O, şagirdlərə hər zaman bayrağımızı əziz tutmağı və vətəninə layiqli olmalarını tövsiyyə etdi. Sonra tədbirə dəvət edilən qonaqlar adından “Qarabağ əlilləri və veteranları” ictimai birliyinin sədri Növrəstə Yusifova çıxış edərək şagirdlərə uğurlar diləyərək tədbir iştirakçılarını bu gözəl bayram münasibəti ilə təbrik etdi. Tədbirin bədii hissəsində şagirdlərin ifasında bayrağı, vətəni, qəhrəmanlığı tərənnüm edən şeirlər, mahnılar səsləndirildi, rəqslər və səhnəciklər təqdim edildi.Tədbirin sonunda qonaqlarla birlikdə xatirə şəkli çəkdirildi.