9b sinfində kimya fənni üzrə açıq dərs təşkil olundu

Məktəbin 2017/2018-ci dərs ili üçün fəaliyyət planının 1.1.1.8-ci bəndinə müvafiq olaraq noyabr ayı kimya-biologiya fənn aylığı elan edilmişdir. 06.11.2017-ci il tarixdə 9b sinfində fənn müəllimi Gülnarə Heydərovanın təşkilatçılığı ilə Kimya fənnində açıq dərs oldu. " Mis" mövzusu üzrə təşkil edilmiş dərs zamanı şagirdlər misin həyatımızda rolu, faydalı qazıntı kimi rast gəlindiyi tərkibləri haqqında məlumatlarla tanış oldular, müəllim tərəfindən təqdim edilən kimyəvi reaksiyalar nəticəsində misin digər maddələrlə birləşməsi və ayrılması prosesini yaxından izlədilər.