Forum-teatrın məşqləri davam edir

İndi dünyanın müxtəlif ölkələrində Forum-teatra müasir tədrisdə sosial problemlərin psixoloji profilaktikasını aparan interaktiv yol kimi baxılır. Metod təsirli sayılır və onun özünəməxsusluğu oyunçulara həm müşahidəçi, həm də aktyor kimi çıxış etmək imkanı verməsindədir. Forum-teatr üçün “İctimai nəqliyyatda davranış” mövzusunu seçməyimiz də təsadüfi deyil: məlumdur ki, aşağı sinif şagirdlərinin cəmiyyətlə kontaktda daha çox olduğu məkan ictimai nəqliyyatdır. Belə ki, onların cəmiyyətdəki sosial-ictimai mənzərəni, ictimai həyatın rəngarəngliyini, daha çox, bu məkanda müşahidə etmək imkanları var.Bu layihənin gerçəkləşməsindən gözləntilərimiz böyükdür. Hesab edirik ki, gələcəkdə də bu istiqamətdə fəaliyyətin davam etməsi öz töhfələrini verəcək. Hər şeydən qabaq, kişik yaşlı şagirdləri cəmiyyətdə baş verən hadisələrin mahiyyəti ilə yaxından tanış etmək, onlara birgəfəaliyət, kollektiv müzakirə vərdişlərini aşılamaq, onlarda özünüifadə bacarığını, nitq qabiliyyətini inkişaf etdirmək, sərbəst düşüncə və qərarvermə qabilyyətininin formalaşmasına təkan vermək baxımından bu layihənin uğurlu olacağına şübhəmiz yoxdur. Düşünürük ki, bu istiaqəmətdəki tədbirlərin davamlılığının şagirdlərin cəmiyyətdəki neqativ meyillərdən uzaq qalmasına, onların sosial təcridolunma probleminin aradan qaldırılmasına ciddi köməyi dəyə bilər. Ümumilikdə layihə 22 sentyabr-22 dekabr 2017 –ci il aralığını əhatə edəcək.Layihənin həyata keçirilməsi bir proses olaraq da əhəmiyyətlidir. Məsələn, bu prosesdə uşaqların teatrlara ekskusiyaları təşkil olunacaqdır ki, bu zaman onlar həm teatrla, teatr mühitiylə bir sənət məkanı kimi tanış olacaq, həm də tamaşalara baxaraq praktik bilgilər əldə edəcəklər. Forum-teatrın təqdimatına qədər layihədə iştirak edən şagirdlərlə həftədə bir dəfə təlim keçirləcək. Teatr mütəxəssislərinin aparacağı bu təlimlər uşaqların həyatına maraq qatmaqla bərabər, onların yaradıcılıq potensiallarının açılmasına yaxşı bir fürsət kimi dəyərləndirilə bilər. Forum-tetatrın təqdimatının bu ilin dekabr ayının 20-nə qədər keçirilməsi nəzərdə tutulmuşdur.Qeyd edək ki, 10 oktyabrda Forum-teatrın iştirakçıları 8-9 yaşlı şagirdlərin arasından seçilmiş, onlara Forum-teatrın mahiyyəti haqqında məlumat verilmişdir. Bakı Uşaq Teatrı nəzdində Forum-klubun rəhbəri Arzu Soltan və rejissor Könül Şahbazova 27 oktyabr tarixindən həmin iştirakçılarla təlimlərə başlamışlar. Layihənin həyata keçirilməsi nəticəsində uşaqlarda ictimai davranış qaydaları haqqında geniş bilgilərin formalaşması gözlənilir. Layihənin icrası ilə uşaqların öz “dar dünyalarından” kənara çıxmasına, onların ətraf aləmlə münasibət qurmasına yardım olunacaq. Şagirdlər ictimai yerlərdə, nəqliyyatda davranış mədəniyyəti barədə geniş bilgilər əldə edə biləcəklər. Layihəyəyə məktəbin ibtidai sinif müəllimi Ceyhuna Novruzova rəhbərlik edir.03.11.2017-ci il tarixdə layihə üzrə Forum-teatrın növbəti məşqləri keçirildi.