Metodbirləşmə iclasları keçirilir

Məktəbin illik fəaliyyət planına əsasən fənn metodbirləşmə iclasları keçirilir. Bu dəfə isə ayı-ayrılıqda tarix, coğrafiya və ibtidai siniflər üzrə metodbirləşmə iclasları keçirildi. İbtidai siniflər üzrə iclasda qarşılıqlı fikir mübadiləsi zamanı şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi, riyazi və məntiqi bacarıqlarının inkişafı istiqamətində görülən və görüləcək işlər müzakirə edildi.Coğrafiya və tarix fənn metodbirləşmə iclaslarında isə tarix, eləcə də coğrafiya fənninin tədrisi keyfiyyətinin yaxşılaşdırılması məqsəsilə açıq dərslərin -qarşılıqlı dərsdinləmələrin təşkili, kiçik akademiyanın tarix- coğrafiya fənn blokunun fəaliyyətinin genişləndirilməsi yolları, fənn üzrə bilik yarışlarının və öyrədici tədbirlərin keçirilməsi müzakirə edildi, fikir mübadiləsi aparıldı.