4c sinfində “ İstehsal və istehlak” mövzusunda açq dərs keçirildi

Bu gün 4c sinfində ibtidai sinif müəllimi Ş.Novruzovanın təşkilatçılığı ilə Həyat bilgisi fənni üzrə “ İstehsal və istehlak” mövzusunda açıq dərs keçirildiBu dərsdə məqsəd insanların yaşamaq üçün nəyə ehtiyacları olduğunu, istehsal və istehlak anlayışını şagirdlərə mənimsətmək idi. Dərsin əsas məqsədi istehsal, istehsalçı, istehlak, istehlakşı anlayışlarını şagirdlərə mənimsətmək, istehsalçı və istehlakçı arasındakı əlaqələri izah etmək idi. Eyni zamanda istehsal olunmuş məhsulun sağlamlığımıza təsirini şagirdlərə öyrətmək idi. Promethean lövhədə şagirdlərə müxtəlif istehsal sahələrinin şəkilləri, orada gedən iş prosesi nümayiş etdirildi. Şagirdlər istehsal sahələri barədə fərziyyələr irəli sürdülər. Təqdim olunan slaydlarda istehlakçılarla bağlı şəkillər nümayiş etdirildi. Dərsliklə iş aparıldı. Bu dərs zamanı şagirdlər məhsul alarkən nələrə diqqət yetirməli olduqlarını, istehlakçı hüquqlarını öyrəndilər. Əgər istehlakçının hüquqları pozularsa, nə etmək lazımdır? sualını araşdırdılar və istehlakçı hüquqlarını öyrəndilər. Sonda şagirdlərlə birgə nəticə və ümumiləşdirmə aparıldı. Əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında qiymətləndirmə aparıldı.