Fənn metodbirləşmə iclasları keçirilir

Məktəbin və metodşuranın illik fəaliyyət planına müvafiq olaraq 25.10.2017-ci il tarixdə riyaziyyat, 26.10.2017-ci il tarixdə isə ayrı-ayrılıqda Kimya-biologiya, Azərbaycan dili fənn metodbirləşmələrinin iclası keçirildi.İclasların keçirilməsində məqsəd buraxılış imtahanlarına hazırlıq işlərinin düzgün təşkili, növbəti aylarda görüləcək işlər, keçiriləcək açıq dərslərin qrafikinə və mövzularına baxış, monitorinqlərin təşkili prosesi idi. Hər bir fənn müəllimi görülməsi nəzərdə tutulan tədbirlər barədə öz təkliflərini söylədilər. Eyni zamanda şagirdlərin mütaliə vərdişlərinin inkişafı istiqamətində aylar üzrə oxu günlərinin, teatrlara gedilmə qrafiki və repertuar seçiminin təşkili müzakirə edilərək tədbirlər planı hazırladılar.