Niyə ağaclar payızda saralır

3c sinif şagirdləri "Niyə ağaclar payızda saralır" mövzusunda araşdırma apardılarBu dərsin keçilməsində məqsəd təbiət hadisələri arasındakı əlaqələri sadə şəkildə başa salmaq, payız fəslinin əlamətlərinin fərqləndirilməsinə nail olmaq idi.Dərsin ilk mərhələsi məktəbyanı sahədə, açıq havada keçirildi. Əsas məqsəd uşaqların payızın əsrarəngiz gözəlliyini,yarpaqların kəpənək kimi uçuşunu öz gözləri ilə,əyani surətdə görmələri idi. Məktəbin həyətində sarı,narıncı rəngdə yarpaqları olan xeyli ağac vardı. Uşaqlar bu ağacların yanında dayandılar və rəngli yarpaqların uçuşunu izlədilər. Sonra qızlar yaşıl otların arasından boylanan sarı,narıncı payız gülləri topladılar. Onlara yarpaqların niyə saralması izah olunaraq anladıldı ki, yarpaqlara yaşıl rəng verən xlorofil maddəsinin tərkibi payızda dəyişir.Daha sonra payızda yetişən meyvələr haqqında soruşuldu.Uşaqlar payızda yetişən meyvələrin adını dedilər.Evdə bu meyvələrdən qışa mürəbbə,konpot hazırlandığını söylədilər.Həyətdə təbiətlə təmasda olarkən başa salındı ki, yazda ağacların daha yaxşı bar gətirməsi üçün qışda ağacların dibini belləyirlər.Daha sonra onlara izah edildi ki,kənd yerlərində yaşayan insanlar qışda heyvanların qidalanması üçün yem də tədarük edirlər.Uşaqlar həyətdə gəzərkən payız haqqında mahnı da oxudularDərsin davamı sinifdə keçirildi. Uşaqlar yarpaqlardan herbari,xalça düzəltdilər.Bir şagird payızın gözəlliyindən ilhamlanaraq payız şəkli çəkdi.Ev tapşırığı olaraq “Yaşadığım yerin təbiəti payızda” adlı esse yazmaq tapşırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi