3a sinfində Riyaziyyat dərsi dinlənildi

24. 10. 2017-ci il tarixində 3a sinfində riyaziyyatdan açıq dərs keçirildi. Əliyeva Zəminənin keçdiyi "Qalıqlı bölmə" mövzusu, şagirdlərin elektron lövhədən sərbəst istifadə edərək lövhədə yığılmış tapşırıqları həvəslə yerinə yetirmələri dərsdə iştirak edən qonaqlarda rəğbət hissi yaratdı. Şagirdlər verilən bölmələrə aid şəkillər üzərində modelləşdirmə aparır, ədədə görə qalığı və ya qalığa görə böləni və bölünəni asanlıqla müəyyən edirdilər. Ədədlər üzərində qurulmuş müxtəlif tipli məsələlər riyazi təfəkkürü inkişaf etdirən faydalı məşğələlər idi. Şagirdlər müəllim tərəfindən verilən tapşırıqları icra etdikcə ədədləri seçib yoxlama yolu ilə müəyyən edir, ardıcıl ədədləri tapırdılar ki, bu da onlarda fikirlərində toplayıb çıxmaqla bu ədədləri müəyyən etmək üçün tez hesablama vərdişlərini inkişaf etdirməklə yanaşı, məntiqi düşünmə qabiliyyətini də formalaşdırırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi