İbtidai siniflərdə dərslər dinlənilir

Məktəbin illik fəaliyyət planına müvafiq olaraq ibtidai siniflərdə dərslər dinlənilir, açıq dərslər təşkil edilir. 24 Oktyabr 2017-ci il tarixdə 2a sinfində ibtidai sinif müəllimi Səfərova Aksananın təşkilatçılığı ilə Riyaziyyat fənni üzrə açıq dərs keçirildi. Mövzu“ 100 dairəsində toplama –çıxma” (yəni onluq yaranmayan və onluq ayrılmayan hal) 100-lük kvadrat üzrə məşğələlərə aid idi. Məqsəd 100-lük kvadrat üzrə toplama-çıxma əməlinin necə yerinə yetirilməsini şagirdlərə öyrətmək , toplama –çıxma bacarıqlarını inkişaf etdirmək idi. 100-lük kvadrat üzərində aparılan məşğələlər şagirdlərin böyük maragına səbəb oldu.Şagirdlər həvəslə 100-lük kvadrat üzərindəki rəngli sxemlərdən istifadə edərək misallar qururdular. Belə tapşırıqların şagirdlərin məntiqi təfəkkürünün inkişaf etdirilməsində rolu böyükdür.Tapşırıqların rəngarəngliyi dərs prosesinini maraqlı etdi. Şagirdlər əylənərək öyrənməyi çox sevirlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi