Pedaqoji şura iclası keçirildi.

Pedaqoji şura iclası keçirildi.Oktyabrın 23-də pedaqoji kollektivin iştirakı ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 2017-2018-ci tədris ili üzrə təşkil olunan “Məktəb seminarları”na həsr olunmuş Pedaqoji şuranın növbəti iclası keçirildi. "Məktəb seminarları"nda toxunulan məktəblərin Fəaliyyət Planı, ümumi təhsil müəssisələrində keyfiyyətə nəzarət mexanizminin təkmilləşdirilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması, şagirdlərin hərtərəfli vətəndaş kimi formalaşdırılması, buraxılış imtahanlarının yeni qaydalar çərçivəsində təşkili və keyfiyyətli təhsilvermənin təmin edilməsi, dərsə davamiyyətin tənzimlənməsi, şagirdlərin yerdəyişməsi, sosial layihə və fəaliyyətlərin planlaşdırılması, təmayülləşmənin tətbiqinin genişləndirilməsində valideynlərin maarifləndirilməsi, məktəbəhazırlıq qruplarının fəaliyyəti, məktəbdənkənar tədbirlərin təşkili və cari məsələlər pedaqoji kollektivin diqqətinə çatdırıldı. İclasda qeyd edilən məsələlərlə bağlı təklif və tövsiyələr dinlənilərək, müvafiq məsələlər ətrafında müzakirələr aparıldı.