Gəzirik, dincəlirik, öyrənirik
21 oktyabr 2017-ci il tarixdə 144 N-li tam orta məktəbin bir qrup şagirdi tarix müəllimi Mədinə Əsgərovanın rəbərliyi ilə İçərişəhər Dövlət qoruğunda ekskursiyada oldular. Ekskursiyanın təşkil olunmasında məqsəd şagirdləri doğma diyarın qədim tarixi ilə daha yaxından tanış etmək idi. Onlar M.Əsgərovanın rəhbərliyi ilə əvvəlcə Şirvanşahlar sarayında oldular, orada təqdim olunan tarixi eksponatlara tamaşa etdilər, dərslikdə öyrəndikləri ilə gördüklərini müqayisə etdilər. Qədim qalaları müşahidə etdilər. Tarixi kompleksin əməkdaşları şagirdlərə XV əsr mədəniyyəti və tarixi haqqında ətraflı məlumat verdi, ayrı-ayrı dövrləri əks etdirən guşələri gəzdirdi.Daha sonra şagirdlər Miniatür Kitab Muzeyinə yollandılar. Burada birindən-birindən maraqlı kiçik kitab nüsxələri ilə tanış oldular.Ekskursiya maraqlı və faydalı keçdi.