Əməkdaşlıq ediləcək məktəblərin iştirakı ilə 144 №-li məktəbdə dəyirmi masa təşkil edildi

“Tədrisin keyfiyyətinin yüksəldilməsində məktəblərarası əməkdaşlığıın əhəmiyyəti” layihəsi çərçivəsində əməkdaşlıq ediləcək məktəblərinin iştirakı ilə 144 N-li məktəbdə dəyirmi masa təşkil edildi. Görüşdə Binəqədi rayonu icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Məmmədov, Təhsil Şurası katibi Böyükağa Mikayıllı, tərəfdaş məktəblərin: Yasamal rayonu 13 N-li, Xətai rayonu 245 N-li, Binəqədi rayonu 182 və 314 N-li məktəblərin direktorları, layihə üzrə işçi qrup üzvləri iştirak edirdi. Burada məqsəd layihənin fəaliyyət planının müzakirəsi, görüləcək işlərin planı və qrafikinin tərtib olunması, birgə fikir mübadiləsi idi. Layihədə həyata keçirilməsi nəzərdə tutulan işlər ayrı-ayrılıqda təhlil edildi, irəli sürülən təkliflərə müvafiq olaraq işlər planı tərtib edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi