Şagirdlər kitabxana ilə daha yaxından tanış olurlar

06.10.2017-ci il tarixdə məktəbimizin kitabxanasında 4b sinif şagirdlərinin iştirakı ilə tədbir keçirildi. Sinif müəlliməsi Novruzova Səbinə uşaqları kitabxana ilə tanış etdi. Tədbiri məktəb kitabxanasının müdiri Xatirə Rəsulova ulu öndərimiz H. Əliyevin kitabxana haqqında “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daim hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir” sözləri ilə açdı. Kitabxanaçı uşaqlara kitabxana tarixi, eyni zamanda ilk kitab çapı ilə bağlı məlumat verdi. Şagirdlər mütaliə ilə bağlı bildiklərini söylədilər. Tədbirdə yazıçı Rəşid bəy Əfəndiyevin seçilmiş əsərlərindən "Elm tükənməz xəzinədir", "Çeşmək", "Qoca baba və nəvəsi" hekayələrinin ucadan oxusu keçirildi. Sonra şagirdlər kitabla, mütaliə ilə bağlı müdriklərin kəlamlarını söylədilər. Sonda uşaqlar kitabxanaya üzv yazıldılar.