Şagirdlərimiz "Təhsil sərgisi"ndə

144 nömrəli tam orta məktəbin bir qrup şagird və müəllimləri 06.10.2017-ci il tarixdə Bakı Ekspo Mərkəzində “İnsan kapitalı sərvətimizdir” devizi altında keçirilən Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil edilmiş 11-ci Azərbaycan Beynəlxalq Təhsil (“Education 2017”) sərgisində oldular.Sərgidə olarkən şagirdlərimiz “SABAH qrupları”, “Azərbaycan üçün öyrət”, “Bir” Tələbə-Könüllü Proqramı”, “Maarifçi” Tələbə Kredit Fondu”, “Sağlam təhsil ̶ sağlam millət”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Təhsildə informasiya və kommunikasiya texnologiyaları”, “Məktəbəhazırlıq”, “Kitabxana”, “Təhsil” Respublika İdman Mərkəzi”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi” və “Uşaq-Gənclər İnkişaf Mərkəzi” stendləri ilə yaxından tanış oldular. Burada fəaliyyət göstərən lektoriyada oxunan mühazirələri, çıxış edən startapçıları dinlədilər. Həmçinin, respublika və beynəlxalq yarışların qalibləri, müsabiqə laureatlarının təqdim etdikləri bacarıqlarına və ifa olunan milli rəqslərə tamaşa etdilər.Bundan başqa sərgidə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Fransız-Azərbaycan Universiteti,Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dillər Universiteti və ümumilikdə 17 ali təhsil müəssisəsinin, həmçinin Almaniya, Avstriya, Belarus, İtaliya, Latviya, Litva, Macarıstan, Rusiya, Rumıniya, Sinqapur, Slovakiya və digər ölkələrin universitet, kollec, ümumi təhsil müəssisələri və təhsil mərkəzlərinin stendləri ilə də tanış oldular.