Müəllimlər günü qeyd edildi

5 oktyabr-Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar məktəbdə şagirdlərin iştirakı ilə rəsm və divar qəzetləri sərgisi, sinif təşkilat saatları keçirildi. Sinif rəhbəri F.Bayramovanın təşkilatçılığı ilə 3c sinif şagirdləri müəllimlərə ədəbi-bədii kompozisiya təqdim etdilər. Şagirdlər müəllimlərə həsr edilmiş şeirlərdən parçalar səsləndirib, mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Onlar müəllimlərini təbrik edib, şərəfli və məsuliyyətli peşələrində uğurlar arzuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi