Məktəbimiz yeni bir uğura imza atdı

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinin” qaliblərindən biri də bizim məktəbimiz, Binəqədi rayonu N.Babayev adına 144 nömrəli tam orta məktəb, digəri isə məktəbin müəllimi Novruzova Ceyhunə Aşır qızı oldu. Həmin müsabiqəyə məktəbimiz “Tədrisin keyfiyyətinin yüksəldilməsində məktəblərarası əməkdaşlığın əhəmiyyəti” layihəsi, fərdi olaraq müəllimimiz Novruzova ceyhunə Aşır qızı isə “Uşaq Forum teatrının şagirdlərin şəxsiyyətyönlü inkişafında rolu: “İctimai nəqliyyatda davranış” mövzusunda forum-teatr adlı layihə ilə qatılmışdır. Təhsil Nazirliyi tərəfindən məktəb olaraq layihə təklifinin maliyyələşdirilməsi üçün 5300 manat və fərdi layihə üçün isə 2300 manat vəsait ayrılmışdır. Layihələr 3 ay müddətində həyata keçiriləcəkdir. İnanırıq ki, qalib olmuş layihələrin uğurla həyata keçirilməsi ilə məktəbimiz “Təhsildə Keyfiyyət ili”nə öz töhfəsini verəcəkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi