IX sinif valideynləri ilə görüş

25-26 sentyabr 2017-ci il tarixlərdə məktəbin IX sinif şagirdləri ilə görüş təşkil edildi. Görüşdə IX sinif rəhbərləri, valideynlər və şagirdləri , eyni zamanda inzibati heyət: rəhbərlik, məktəb psixoloqu iştirak edirdi. Burada məqsəd ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları qaydaları ilə tanışlıq, növbəti təhsil pilləsində şagird və valideynlərin düzgün seçim etmələri istiqamətində maarifləndirilməsi idi. Məktəbin direktoru Həcər Mahmudova görüş iştirakçılarına buraxılış imtahanlarına hazırlığın təşkili istiqamətində məktəbin tədbirlər planı barədə məlumat verdi. Sonra psixoloq valideynlərə övladları ilə düzgün münasibət qurmaların, onlara psixoloji dəstək göstərmələrini tövsiyyə etdi. Sonra şagirdlərin gələcək seçimləri barədə fikirləri dinlənildi. Onları maraqlandıran suallar rəhbərlik tərəfindən cavablandırıldı. Məktəbdə təşkil edilən fakultativ məşğələlərin cədvəli barədə məlumat verildi.