Ümumməktəb valideyn iclası keçirildi

23.09.2017-ci il tarixdə məktəb rəhbərliyinin təşkilatçılığı ilə ümumməktəb valideyn iclası keçirildi. İclasda məktəb rəhbərliyi, sinif rəhbərləri və valideynlər iştirak edirdi. Məktəbin direktoru Həcər Mahmudova çıxış edərək valideynləri 2017/2018-ci tədris ilində qarşıda duran vəzifələr, məktəbin illik fəaliyyət planından irəli gələn məsələlər ilə tanış etdi. Yeni dərs ilinin "Keyfiyyət ili" olması və onun məsuliyəti barədə ətraflı məlumat verdi. Onları dərs ili ərzində tədrisin keyfiyyətinə müsbət təsir edəcək tədbirlərdə fəal olmağa dəvət etdi.Hər zaman olduğu kimi şagirdlərin nizam-intizamı, məktəbdənkənar vaxtının düzgün bölüşdürülməsi və istifadəsi haqqında valideynlərə tövsiyyələrini bildirdi. Görüş zamanı valideynlərin arzu və təklifləri dinlənildi, onları maraqlandıran suallara cavab verildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi