Yol hərəkəti qaydaları ilə bağlı maarifləndirici görüş

20.09.2017-ci il tarixdə məktəbimizdə 46 saylı yaradıcılıq mərkəzinin məkdaşları ilə birgə məktəbin bir qrup valideyni ilə maarifləndirici görüş təşkil edildi. Tədbirin əvvəlində məktəbin direktoru Həcər Mahmudova görüş iştirakçılarını salamlayaraq bu günki tədbirin əhəmiyyətini vurğuladı, yol hərəkəti qaydaları ilə tanışlıq və maarifləndirmə istiqamətində ötən tədris ilindən başlayaraq həm şagird, həm də valideynlər arasında maarifləndirmə tədbirlərinin sistemli olaraq aparıldığını bildirdi. Sonra mərkəzin əməkdaşları tədbirin mövzusunu əks etdirən videoçarxlar nümayiş etdirdilər, valideynləri maraqlandıran sualları cavablandırdılar. Mərkəzin direktoru Fəridə xanım belə tədbirlərin gələcəkdə də davamlı olaraq keçiriləcəyini bildirdi. Sonra tədbir iştirakçılarına Yol hərəkəti qaydaları və təhlükəsizliyi barədə buklet və kitabçalar paylandı.