"Bilik günü" qeyd edildi

Bu gün Azərbaycan "Bilik günü"nü qeyd etdi. Bu münasibətlə məktəbimizdə də tədbir keçirildi. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Əməkdaşı Namiq Ağayev, Aprel döyüşlərində qəhrəmancasına həlak olmuş məktəb məzunu polkovnik-leytenant Sənan Axundovun valideyni Tahir Axundov, məktəbin keçmiş məzunu 665 bal toplayaraq ADİA-nın tələbəsi olmuş Abbas Kamil, məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak etdilər. Məktəbimizin direktoru Həcər Mahmudova tədbir iştirakçılarını salamlayaraq "Bilik günü" münasibətilə təbrik etdi. İlk dərs məşğələsinin "Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı" mövzusunda olacağını qeyd etdi. Şəhidin valideyni Tahir Axundaov da öz çıxışında şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasını təqdir edərək onlara gələcəkdə vətəninə, xalqına layiqli vətəndaş olmalarını tövsiyyə etdi. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Namiq Ağayev bütün tədbir iştirakçlarını salamlayaraq "Bilik günü" münasibətilə təbrik etdi, "Təhsildə keyfiyyət ili" elan edildiyini vurğulayaraq yeni dərs ilində bütün müəllim-şagird kollektivinə uğurlar arzuladı. Sonra ötən tədris ilində məktəbin təhsil və ictimai həyatında əldə etdikləri uğurlara görə fərqlənmiş bir qrup müəllim və şagirdlər rəhbərlik tərəfindən rəğbətləndirilərək Fəxri Fərmanla təltif edildilər.Tədbirin sonunda birincilər və məktəbimizin digər şagirdləri şeir söyləyib, mahnı ifa etdilər. Birincilər üçün "ilk zəng" çalındı və onlar məktəbə ilk qədəmlərini qoydular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi