Hüseynli Aysunun növbəti uğuru
Hüseynli Aysu məktəbin 6c sinfində təhsil alır. 5 yaşından bədii gimnastika ilə məşğul olur və bu sahədə böyük nəticələr əldə edib.Azərbaycan Respublikası Təhsil Nazirliyi İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Gimnastika məktəbinin gimnastıdır.Bu sahədə bir çox nailiyyətləri var. Belə ki,2012-ci ildə Gimnastlararası yarışmada III yer, 2013 –cü ildə baş tutmuş yarışda III yer, “Bahar kuboku 2013” bədii gimnastika üzrə Bakı İdman Klubunun açıq birinciliyində III yer, 2014_cü il H. Əliyevin 91-ci ildönümünə həsr olunmuş məktəblərarası birincilik yarışmasında II yer,2014 bədii gimnastika məktəblərarası yarişmada II yer, “Novruz kuboku 2015” yarışmasında I yer, “Təhsil kuboku 2015”yarışmasında da I yerləri tutmuşdur.Bundan əlavə Bakı -2015 Avropa oyunları ilə bağlı təşkil olunmuş sınaq yarışmasında aktiv iştirakına görə sertifikat almış, 2015-ci il oktyabr ayında keçirilən “Kürdəmir açıq birinciliyi 2015” yarışmasında I yer tutmuşdur.Aysu Azərbaycanı başqa ölkələrdə də təmsil etmişdir. “Türkiyə 2015” İstanbul ritmik gimnastika yarışmasında 10-dan çox ölkələr arasında V yeri qazanmışdır. Hüseynli Aysu 24.10.2015-ci ildə Almaniyanın Hof şəhərində keçirilmiş “8 th İnternational Rudolf Lion Cup 2015” beynəlxalq yarışmasında I yerə çıxaraq qızıl kupokla təltif olunmuşdur. Bu uğuruna görə də Azərbaycan Milli Yığma Komandasının üzvü seçilmişdir.