11-ci sinif şagirdlərinə attestatlar verildi

Bakı şəhəri N.Babayev adına 144 N-li tam orta məktəbdə XI sinfi birtirən məzunlara yeni attestatlar verildi. Attestatlarn təqdim edilməsi tədbirində məktəb rəhbərliyi, sinif rəhbərləri, valideynlər və şagirdlər də iştirak etmişdir. Məktəbin direktoru H.Mahmudova çıxış edərək məzunları tam orta təhsili bitirməkləri münasibəti ilə bir daha təbrik etmiş, onlara gələcək həyatlarında müvəffəqiyyətlər arzulamışdır. Sonra isə məzunlara təntənəli surətdə attestatlar təqdim edilmişdir. Attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” əsasında məzunlara təqdim olunmuşdur.Məlumat üçün qeyd edək ki, məzunlara bu tədris ili yekununda təqdim edilmiş attestatlarda təhsil müddətində hər bir fənn üzrə tədris olunan saatların ümumi miqdarı, illik qiymətləri yazılmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi