Məktəbdə eTwinning Plus layihəsinin təqdimatı keçirilmişdir

20 iyun 2017-ci il tarixdə Bakı şəhər 144 nömrəli məktəbin direktorunun istəyi ilə məktəbdə eTwinning Plus layihəsi haqqında təqdimat olmuşdur. Təqdimatda layihənin Azərbaycan üzrə koordinatoru Fidan Nəcəfova və 2 ambassador, Mətanət Əhədova və Ruhiyyə Mahmudova, iştirak etmişdir. Məktəb direktoru və müəllimlərin layihəyə olan həvəsləri yüksək qiymətləndirilmişdir. Təqdimat nəticəsində Məktəb və 18 müəllim artıq eTwinning Plus ailəsinin üzvü olmuşdur.eTwinning Plus layihəsinə 2016-cı ilin iyun ayından 2017-ci iyul ayınadək qoşulmuş müəllimlər üçün 2-ci təlimlər təşkil olunub ki, 144 saylı məktəbin müəllimləri də bu təlimlərə cəlb edilmişlər. Onlara uğurlar diləyirik!