Yol hərəkəti qaydalarını öyrənirik və əməl edirik
Məktəbin 2016/2017-ci tədris ili üçün fəaliyyət planının 1.3.8 –ci bəndinə müvafiq olaraq 7 may 2017-ci il tarixdə N.Babayev adına 144 saylı tam orta məktəbdə “Yol hərəkəti qaydalarını öyrənirik və əməl edirik” mövzusunda tədbir keçrilimişdir. Tədbir təşkilində məqsəd şagirdlər arasında yol hərəkəti qaydalarının təbliği ilə bağlı maarifləndirmək idi. Tədbirdə Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi Hərəkətin Təhlükəsizliyin Təbliği və İctimai Qurumla Əlaqə bölməsinin İnspektoru polis leytnantı Nağıyev Vüsal , Bakı şəhəri 46 №-li məktəbdənkənar Tərbiyə İşi Mərkəzi müdiri Fəridə Süleymanova, şöbə müdiri Sevda Əsgərova və valideynlər iştirak etmişlər. Şagirdlərin ifasında yol hərəkəti qaydalarına həsr edilmiş müxtəlif şeirlər, mahnılar səsləndirmiş, səhnəciklər təqdim edilmişdir. Daha sonra tədbirdən öncə şagirdlərin özlərinin yol hərəkəti təhlükəsizliyi və piyadaların bu qaydalar daxilində hərəkətinə dair hazırladıqları video-çarxlar nümayiş etdirilmişdir. Tədbirə dəvət edilmiş yol polisi əməkdaşları çıxışlarında belə maarifləndirici tədbirlərin təşkilini təqdir edərək xoş təəssüratlarını bildirdilər. Şagirdlərə yol hərəkəti qaydaları ilə bağlı məlumat kitabçaları və digər hədiyyələr təqdim olunmuşdur. Tədbirin sonunda məktəbin direktoru Həcər Mahmudova çıxış edərək gələn qonaqlara məktəb kollektivi adından öz minnətdarlığını bildirmiş, yol hərəkəti qaydalarının təbliğinin cəmiyyətin ən vacib məsələlərindən biri olduğunu qeyd edərək tədbir iştiarkçılarına hər zaman yol hərəkəti qaydalarına əməl etməyi tövsiyyə etmişdir.