Rus şairi S.Yesenin xatirə muzeyinə ekskursiya

Məktəbin şagirdləri Rus şairi S.Yesenin xatirə muzeyinə ekskursiya etdilər. Muzey 1975-ci il oktyabrın 3-də Yeseninin anadan olmasının 80 illiyi münasibətilə fəaliyyətə başlamışdır. Muzeyin yerləşdiyi küçə də şairin adını daşıyır. Muzeyin ünvanı: Mərdəkan, S.Yesenin küçəsi, 89. Bu muzey Yeseninin Rusiyadan kənarda fəaliyyətə başlayan ilk rəsmi xatirə muzeyidir. Hər il oktyabrın 3-də, Yeseninin doğum günündə burada yeseninsevərlər yığışır, şairin şeirləri oxunur, böyük şair xoş sözlərlə anılır.