Puşkinin doğum günü qeyd edilib

Dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin (1799-1837) anadan olmasının 218-ci ildönümü ilə əlaqədar iyunun 6-da 144 N-li tam orta kitabxanasında rus dili müəllimi Z.Allahverdiyevanın təşkilatçılığı ilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan rus dili müəllimi Z.Allahverdiyeva şairin həyat və yaradıcılığından, öz əsərləri ilə dünya ədəbiyyatında əbədi iz qoymasından söhbət açaraq onun nəinki rus, eləcə də dünya ədəbiyyatında əhəmiyyətini qeyd etmişdir. Sonra şagirdlər çıxış edərək rus ədəbiyyatının formalaşması və inkişafında misilsiz xidmətləri olan Puşkinin əsərlərinin dünyanın bütün xalqları tərəfindən sevildiyini vurğulayıblar. Bildirilib ki, Azərbaycanda da Puşkinin yaradıcılığına hər zaman rəğbət olub, onun bir çox əsərləri Azərbaycan dilinə tərcümə edilib. Daha sonra şagirdlərinin ifasında şairin əsərlərindən parçalar nümayiş olunub, səhnəciklər göstərilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi