Şagirdlərimiz Zirə Mədəniyyət Mərkəzi və Eko-Parkında

05.06.2017-ci il tarixdə məktəbin müəllim və şagirdləri Zirə Mədəniyyət Mərkəzi və Eko-Parkında eksursiyada oldular. Zirə Mədəniyyət Mərkəzi və Eko-Parkında təşkil edilmiş ekskursiya şagirdlər üçün çox maraqlı oldu. Orada olan yaşıllıq ərazisində gəzərək müxtəlif növ ekzotik bitkilərlə yaxından tanış oldular. Eko-Parkın əməkdaşları ilə birlikdə orada müxtəlif güllər əkərək yaşıllaşdırma işlərində iştirak etdilər.Yeni öyrəndikləri məlumatların müşahidə vərəqlərində qeydiyyatını apardılar. Sonra parkın digər guşələri ilə tanış oldular. Şagirdlər gəzintidən gözəl təəssüratlarla qayıtdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi