Yazıçı Elxan Elatlı ilə görüş keçirilib

N.Babayev adına 144 N-li tam orta məktəbdə 02.06.2017-ci il tarixdə yazıçı, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı Elxan Elatlı ilə görüş keçirilib.Məktəbin direktoru Həcər Mahmudova tanınmış ədibi salamlayaraq dəvəti qəbul edib məktəbin şagird-müəllim-valideyn kollektivi ilə görüşə gəldiyi üçün yazıçıya təşəkkürünü bildirib. Direktor qeyd edib ki, yazıçı ilə görüş şagirdlərin Elxan Elatlı yaradıcılığına olan marağından yaranan bir ideya olub. Görüşdə məktəbin müəllimləri Radə Məmmədova, Firəngiz Bayramova və kitabxana müdiri Xatirə Rəsulova çıxış edərək görkəmli yazar və onun əsərləri barədə ətraflı məlumat verdilər. Şagirdlərin ifasında ədibin yazdığı şeirlər səsləndirildi, əsərlərindən parçalar səhnələşdirilərək təqdim edildi.Öz növbəsində Elxan Elatlı da şagirdlərlə, pedaqoji kollektivlə görüşdən məmnunluq hissi duyduğunu bildirərək onu sevənlərlə yaradıcılığı haqqında səmimi söhbətə başlayıb. Yazıçının ali təhsilinin texniki sahəyə aid olmasını bildirməsi şagirdlərin böyük marağına səbəb olub. Görüş zamanı məlum olub ki, yazıçının "Düşün bir az" (məntiqi riyaziyyat məsələləri) "Maraqlı məntiq məsələləri" əsərlərinin mövzusu məhz ixtisasdan, riyaziyyata olan maraqdan yaranıb.Şagirdlərin suallarını səsləndirərkən bəzən ədəbi incəliklərlə bəzədilmiş obrazdan, bəzənsə detektiv romanların əsasında dayanan riyazi məntiqdən məharətlə istifadə edən yazıçı bütün hallarda əsərlərində olduğu kimi yüksək vətənpərvərlik ruhunu aşılayıb. O, şagirdlərə romanlarında mütəmadi olaraq toxunduğu Qarabağ həqiqətləri, vətənin qəhrəman övladları, şanlı tariximiz haqqında danışıb. Görüşün sonunda tanınmış yazıçı ilə xatirə şəkli çəkdirilib və Elxan Elatlı oxucuların xahişi ilə müəllifi olduğu kitablara xatirə imzası qeyd etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi