18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi gününə həsr edilmiş açıq dərs

15 oktyabr 2015-ci il tarixdə Binəqədi rayonu 144 saylı məktəbdə btidai sinif müəllimi Ülviyyə Vahidovanın 2a sinfində “Vətənim Azərbaycan” mövzusunda açıq dərsi keçirilmişdir. Dərsdə şagirdlər vətənimizin atributları, sərhədləri, sərvətləri və müstəqilliyi haqqında məlumat verərək mövzuya aid sual və tapşırıqları fəallıqla yerinə yetirdilər. Müəllimə “Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzi tərəfindən keçirilən “Tədris prosesində Promethean interaktiv texnologiyalardan istifadə” təlimində əldə etdiyi bilik və bacarıqları müvəffəqiyyətlə dərsdə tətbiq etdi. Eyni zamanda Ülviyyə Vahidova Təhsil Nazirliyi tərəfindən keçirilən ibtidai sinif müəllimlərinin İKT bacarıqlarının yoxlanması istiqamətində keçirilən qiymətləndirmədə ən yüksək bal toplayaraq sertifikat və Promethean lövhə ilə təltif olunmuşdur. Ülviyyə xanıma işində müvəffəqiyyətlər arzulayırıq!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi