Şagirdlər Respublika Əlillərin Bərpa Mərkəzində ekskursiyada oldular

Eko aylıq- "Sağlam həyat tərzi"144 N-li məktəbin şagirdləri Respublika Əlillərin Bərpa Mərkəzində ekskursiyadaİnsan üçün ən dəyərli varidat cansağlığıdır. Hər zaman onu qorumalı, həyat tərzimizi düzgün seçməliyik. Lakin bu və ya digər səbəblərdən insanlar sağlamlığını tam və ya qismən təhlükəyə məruz qalır, itirilir. Lakin müasir tibb o qədər inkişaf etmişdir ki, düzgün müalicə metodları ilə itirilmiş sağlamlığı tam və ya qismən bərpa etmək mümkündür. Bu proses tibb müəssisələrində, reabilitasiya mərkəzlərində həyata keçirilir.31.05.2017-ci il tarixdə 144 N-li məktəbin bir qrup şagirdi müəllimlərinin rəhbərliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzində ekskursiyada oldular.Məlumat üçün qeyd edək ki,müəssisədə bərpa müalicəsi alanların reabilitasiyasında müasir metodika və texnologiyalardan istifadə edilir, qabaqcıl təcrübələrin öyrənilməsi əsasında reabilitasiya metodları hazırlanır və təcrübədə tətbiq olunur, regional bərpa mərkəzləri arasında əlaqələrin yaradılması, həmin mərkəzlər üçün kadrların hazırlanması, təkmilləşdirilməsi və təşkilati-metodiki köməklik göstərilməsi sahəsində tədbirlər həyata keçirilir. Bərpa müalicəsi alanların yaşını və sağlamlıqlarını nəzərə almaqla onların mədəni-kütləvi tədbirlərə, müalicə idmanına cəlb edilməsi, onlarda gigyenik vərdişlərin tərbiyə edilməsi, sağlam həyat tərzinin təbliği, bərpa müalicəsi alanlarla bağlı məlumat bankının yaradılması da mərkəzin əsas fəaliyyət istiqamətlərindəndir. Mərkəzin tibb heyəti şagirdləri burada olan avadanlıqlar və cihazlarla yaxından tanış oldular.