"Elektromaqnit dalğalarının faydaları və zərəri"

Eko aylıqlar davam edirMay ayı "Sağlam həyat tərzi" mövzusuna həsr edilmişdir.Aylıq çərçivəsində məktəbdə şagirdlərin "Elektromaqnit dalğalarının faydaları və zərəri" haqqında araşdırmalarını əhatə edən tədbir keçirildi. Burada onlar araşdırmalar nəticəsində hazırladıqları məlumatları təqdim etdilər. Bildirdilər ki, sağlamlığımızı elektromaqnit dalğalarının təsirindən necə qoruya bilərlər. Tibbdə, müxtəlif sahələrdə, gündəlik həyatımızda elektromaqnit dalğalarının gətirib çıxaracağı nəticələri müzakirə edərək öz təkliflərini səsləndirdilər.