Ayaqüstü qidalardan nə üçün imtina etməliyik - araşdırma

Bildiyimi kimi, 2016/2017-ci tədris ilinin may ayı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan bütün ümumtəhsil məktəblərində “Sağlam həyat tərzi” mövzusuna həsr edilmişdir. Mövzu ətrafında məktəbimizdə araşdırma, fəaliyyət və müxtəlif məzmunlu tədbirlərin həyata keçirilir. Belə tədbirlərdən biri də, may ayında məktəbdə təşkil olunmuş "Ayaqüstü qidalardan nə üçün imtina etməliyik" mövzusunda hazırlanmış tədbirdir. Burada şagirdlər "Ayaqüstü qidalar" barədə apardıqları araşdırmaların nəticələri əsasında hazırladıqları təqdimatları nümayiş etdirdilər. Belə qidalanmaların insan orqanizmində yaratdığı fəsadlar barədə ətraflı məlumatlar verdilər. Təklif etdilər ki, ayaqüstü qidalanmaya daha çox üstünlük verən şagirdlər yaxşı olar ki, təbii ərzaqlar, meyvələrdən istifadə etsinlər. Məktəbin həkimi Ceyran Novruzova da öz növbəsində şagirdlərə düzgün qidalanmalarını, ayaqüstü qidalardan istifadədən imtina etmələrini tövsiyyə etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi