Asfalt üzərində rəsm

Məktəbin illik fəaliyyət planının 1.3.27-ci bəndinə əsasən Müasir və Müstəqil Azərbaycançılıq ideyalarının təbliği məqsədilə 26.05.2017-ci il tarixdə məktəbin həyətində 28 May – Respublika Gününə həsr olunmuş asfalt üzərində rəsmçəkmə yarışı keçirilmişdir. Azyaşlı şagirdlər həvəslə asfalt üzərində sülh, vətənpərvərlik, dostluq mövzularında rəsmlər çəkdilər. Yarışda ibtidai sinif şagirdlərinin asfalt üzərində rəngli təbaşirlərlə çəkdikləri rəsmlərə baxış keçirildi. Ən yaxşı çəkilmiş rəsmlərin müəllifləri rəğbətləndirildi.