Vətənimdir, Azərbaycan!

Məktəbin 2016/2017-ci tədris ili üçün fəaliyyət planının 1.3.27 -ci bəndinə əsasən, Müasir və Müstəqil Azərbaycançılıq ideyalarının təbliği məqsədilə məktəbdə müxtəlif fəaliyyətlər həyata keçirilir. 28 may Respublika günü münasibətilə siniflər arasında doğma diyarımız və onun tarixi, inkişaf yolu, flora və faunası, maddi və mənəvi sərvətləri, mədəniyyatı barədə ən yaxşı albom müsabiqəsi və sərgisi təşkil edildi. Bütün siniflər arasında təşkil edilmiş müsabiqənin əsas məqsədi şagirdlərin milli-mənəvi ruhda tərbiyəyələnməsi ilə əlaqədar işlərin davam etdirilməsi, respublikamızın maddi və mənəvi sərvətləri ilə yaxından tanışlıq və gələcəkdə bu sərvətlərə sahib çıxmaqla layiqli vətəndaş kimi formalaşmasına dəstək olmaqdır.