Valideyn iclası keçirildi

Məktəbin illik fəaliyyət planının 1.1.2.1-ci bəndinə müvafiq olaraq növbəti tədris ili üçün I sinfə gələn şagirdlərin hazırlığını təmin etmək məqsədilə Məktəbəhazırlıqqrupları üzrə işin təşkili hər zaman diqqət mərkəzində saxlanılır. Hal-hazırda məktəbdə 2 məktəbəhazırlıq qrupu vardır. Artıq 2016/2017-ci tədris ili başa çatmaq üzrədir. 5 yaşdan 6 yaşadək uşaqları əhatə edən məktəbəhazırlıq qruplarının təşkilində əsas məqsəd uşaqların fiziki, şəxsiyyətyönümlü, intellektual, sosial hazırlığıdır. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayır və mayın 31-də başa çatır. Bu məqsədlə məktəbəhazırlıq qrupları uşaqlarının valideynləri ilə məktəb rəhbərliyinin birgə iclası keçirildi. İclas zamanı bitməkdə olan tədris ilinin yekunları və növbəti tədris ili üçün qarşıda duran məsələlər müzakirə edildi. İclas zamanı valideynlərin fikirləri dinlənildi, növbəti tədris ili üçün onları maraqlandıran suallar rəhbərlik tərəfindən cavablandırıldı, I sinfə hazırlıqla bağlı qaydalar bir daha izah edildi və müvafiq tövsiyələr verildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi