28 May Respublika günü ilə bağlı bilik yarışı

Məktəbin illik fəaliyyət planının 1.3.27-ci bəndinə əsasən Müasir və Müstəqil Azərbaycançılıq ideyalarının təbliği və 1.1.1.23-cü və bəndinə müvafiq olaraq, şagirdlərin müxtəlif sahələr üzrə istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin, müzakirə, təhliletmə, nitq qabiliyyəti , özünü təqdimetmə və kollektivi təmsil etmə qabilliyyətinin, İKT- dən istifadə elmi bacarıqlarının üzə çıxarılması məqsədilə müntəzəm olaraq məktəblərarası bilik yarışlarının təşkili həyata keçirilir.Beləliklə, 26.05.2017-ci il tarixdə 144 nömrəli məktəbdə 28 May Respublika Günü münasibətilə məktəblərarası Bilik yarışı təşkil edildi. Yarışda 144, 246 və 95 saylı məktəbin şagirdləri iştirak edirdi.Məktəbin direktoru Həcər Mahmudova ilk öncə 28 may Respublika Günü münasibətilə bilik yarışı iştirakçılarını salamlayaraq bayram münasibətilə təbrik etdi və onlara uğurlar arzuladı. Şagirdlərin təqdimatında əlamətdar gün haqqında məlumat verildi. Münsiflər heyəti bilik yarışı və qaydaları haqda məlumat verdikdən sonra şagirdlər arasında intellektual bilik yarışı başlandı.Yarışma şagirdlərin hərtərəfli şəxsiyyət olaraq formalaşması istiqamətində təşkil edilmişdi. Tarix fənni və dünyagörüşü əhatə edən suallardan ibarət yarışmada şagirdlər fəal iştirak edirdilər. Üç mərhələdən ibarət yarışmada şagirdlərin cavabları münsiflər heyəti tərəfindən obyektiv olaraq qiymətləndirildi. İntellektual bilik yarışında fəallığı ilə fərqlənən bütün komanda və şagirdlər məktəb rəhbərliyi tərəfindən diplomlarla rəğbətləndirildi. Məktəblərarası bilik yarışlarının təşkili və şagirdlərimizin bu yarışlarda fəal iştirakı onların yalnız elmi biliklərinin deyil, eyni zamanda sosial bacarıqlarının, sağlam rəqabət bacarıqlarının və dostluq münasibətlərinin inkişafı məqsədi daşıyır.