BİR DAHA ENMƏYƏN BAYRAQ

Məktəbin illik fəaliyyət planının 1.3.27-ci bəndinə əsasən, Müasir və Müstəqil Azərbaycançılıq ideyalarının təbliği məqsədilə 26.05.2017-ci il tarixdə məktəbin akt zalında "BİR DAHA ENMƏYƏN BAYRAQ" adlı tədbir təşkil edildi. Tədbirdə məktəbin şagirdləri, müəllimləri, valideynlər və Binəqədi rayon polis idarəsinin YYÇ işlər üzrə şöbəsinin məsul əməkdaşları: Fizzə xanım və Natiq bəy də iştirak edirdi. Respublikamızın müstəqilliyinin keçdiyi tarixi inkişaf yolunu əks etdirən film-slayd nümayiş etdirildi.Şagirdlərin ifasında vətənpərvərliyə və müstəqilliyimizə həsr edilmiş şeirlər, mahnılar səsləndirildi, rəngarəng rəqslər , səhnəciklər təqdim edildi. Sonra tədbirin qonaqları çıxış edərək tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdilər, tədbirin təşkili barədə xoş fikirlər bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi