İngilis dili üzrə bilik yarışı keçirildi

Məktəbin 2016/2017-ci tədris ili üçün fəaliyyət planının 1.1.1.8-ci bəndinə əsasən mütəmadi olaraq fənn aylıqları təşkil edilir. May ayı İngilis dili aylığı elan olunmuşdur. Aylıq çərçivəsində açıq dərslər, qarşılıqlı dərsdinləmələr, Danışıq klubunda müxtəlif tədbirlər, bilik yarışı nəzərdə tutulmuşdu. Beləliklə, ingilis dili aylığına yekun vurmaq məqsədilə bu gün şagirdlər arasında bilik yarışı təşkil edildi. İngilis dili müəllimləri Vəfa Səlimova və Vüsalə Rzayevanın təşkilatçılığı ilə tədbirin sonunda şagirdlər arasında İngilis dili fənni üzrə bilik yarışı keçirildi. Bilik yarışı zamanı şagirdləri dinləmə, yazı və qavrama bacarıqlarını əhatə edən tapşırıqlar verildi. Komandalar sualları cavablandırarkən raundlar arasında onlara dəstək məqsədilə digər şagirdlərin ifasında musiqi nömrələri təqdim edildi. Məktəbin təcrübəli ingilis dili müəllimlərindən ibarət münsiflər heyəti komandaların cavablarını diqqətlə dinləyərək obyektiv qiymətləndirmə apardılar. Komandaların nəticələrinə müvafiq olaraq onlar I və II dərəcəli diplomlarla rəğbətləndirildilər. Sonda şagirdlər, valideynlər, münsiflər heyəti və müəllimlərlə birlikdə xatirə şəkli çəkildi. Ümidvarıq ki, belə tədbirlərin, bilik yarışlarının keçirilməsi şagirdlərin ingilis dilinə marağı artıracaq və daha yaxşı öyrənmələrinə stimul verəcəkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi