Növbəti imzalı görüş təşkil edildi

Məktəblilərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə məktəbin illik fəaliyyət planının 1.3.9-cu bəndinə əsasən, “İmzalı görüş” layihəsi çərçivəsində mütəmadi olaraq məktəb kitabxanası vasitəsilə şagirdlərin şair və yazıçılarla görüşlərinin təşkil olunması həyata keçirilir.25.05.2017-ci il tarixdə 144 nömrəli tam orta məktəbdə şair Ələmdar Quluzadə ilə şagirdlərin görüşü təşkil edidi. Görüş zamanı şagirdlərin ifasında şairin uşaqlar üçün yazdığı şeirlər təqdim edildi . Sonra şagirdlər Ələmdar Quluzadəyə onları maraqlandıran sualları səsləndirdilər. Şair ona verilən sualları cavablandırdı, onlarla səmimi söhbət etdi. Görüş olduqca maraqlı keçdi. Sonda şeir kitabını xatirə imzası ilə tədbirdəki fəallığı ilə fərqlənən şagirdlərə və məktəb kitabxanasına hədiyyə etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi