Xarici dil aylığı davam edir

Məktəbin illik fəaliyyət planının 1.1.1.8-ci bəndinə əsasən, may ayı ingilis dili aylığı elan edilmişdir. Ay ərzində müxtəlif fəaliyyətlər: açıq dərslər, bilik yarışları, tədbirlər həyata keçirilir. İngilis dili aylığının tədbirlər planına müvafiq olaraq, 24.05.2017-ci il tarixdə məktəbin ingilis dili müəllimi Füruzə Rəhimovanın təşkilatçılığı ilə 3-cü sinifdə "Weather and clothes" mövzusunda açıq dərs təşkil edildi. Eyni zamanda təhsili dəyərə çevirək” devizi altında “Ekologiya və sağlamlıq” istiqamətində “Ekolojı aylıq"ın davamı və fəaliyyət planının 1.3.19-cü bəndinə uyğun olaraq məktəblilərin sağlam həyat tərzinin və sağlam məktəb mühitinin təmin edilməsi məqsədi daşıyan dərsdə şagirdlər ingilis dilində öyrəndikləri söz ehtiyatından istifadə edərək mövsümlər və sağlam yaşam üçün ona uyğun olan düzgün geyimlər seçimi haqqında fikir mübadiləsi və müzakirəsi apardılar.