“Təməl” təqaüd proqramının bağlanış mərasimi
Sentyabrın 18-də Təhsil Nazirliyi, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, YUNİSEF və “İnkişaf” Respublika Elmi-Praktik Mərkəzinin birgə layihəsi olan “Təməl” təqaüd proqramının bağlanış mərasimi keçirilib.Mərasimdə təhsil nazirinin müavini Ceyhun Bayramov, YUNİSEF-in Azərbaycandakı rəhbəri Andro Şilakadze, ümumtəhsil məktəblərinin direktorları və müəllimlər iştirak ediblər.Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov layihənin əhəmiyyətini açıqlayıb.İki ay yarım davam edən təlim müddətində müəllimlər ibtidai təhsilin fəlsəfəsi, missiyası, müasir pedaqoji və psixoloji yanaşmalar, metodika və didaktika, sinfin idarəedilməsi, şəxsi inkişaf, vaxtın idarəedilməsi, planlaşdırma, rəqəmsal savadlılıq və s. kimi mövzularda mühazirə və praktik məşğələlərdə iştirak ediblər. Təqaüd proqramında iştirak edən 114 nəfərdən 113-ü yekun qiymətləndirmədə iştirak edib. Onlardan 65 nəfəri imtahandan uğurla keçmişdir . Sevindirici haldır ki, məktəbimizin ibtidai sinif müəllimi Əliyeva Zəminə Yafəs qızı proqramı uğurla başa vuraraq “Təməl” sertifikatına layiq görülmüş və onun dərs dediyi sinif otağı müvafiq İKT avadanlığı ilə təchiz olunmuşdur.Zəminə müəllimi bu uğuru münasibəti ilə təbrik edirik!