“Ən yaxşı dərs” layihəsi keçirilir

Uğurlu nəticələr əldə etmiş məktəblərin ibtidai sinif və fənn müəllimlərinin qabaqcıl təcrübəsinin təbliği istiqamətində “Ən yaxşı dərs” layihəsi keçirilir. 17 aprel-26 may tarixlərində Bakı şəhərinin 12 rayonu üzrə təhsildə uğurlu nəticələr əldə etmiş qabaqcıl fənn və ibtidai sinif müəllimlərinin təcrübəsini bölüşməsi istiqamətində açıq dərslərin dinlənilməsi həyata keçirilir. “Ən yaxşı dərs”lərin təşkil edilməsində məqsəd qabaqcıl pedaqoji təcrübənin və peşəkarliğin həmkarlarına nümayiş etdirilməsi, peşəkar təcrübənin qarşiliqli şəkildə öyrənilməsi və mübadiləsi, bütün fənlərin və ibtidai siniflərdə ( bütün fənlərin) tədrisi səviyyəsinin nümayiş etdirilməsi və ümumilikdə dərsin planlaşdirilmasi və qiymətləndirilməsi, dərsin dinlənilməsi istiqamətində yeni strategiyalarla taniş olmaq və fikir mübadiləsi aparılmasıdır.Sevindirici haldır ki, 144 N-li tam orta məktəb də Binəqədi rayonu üzrə “Ən yaxşı dərs”lərin keçiriləcəyi məktəblər sırasındadır. Bu layihə çərçivəsində növbəti tədbir məktəbimizdə 23.05.2017-ci il tarixdə İbtidai fənn bloku üzrə təşkil edildi. “Ən yaxşı dərs”lərin dinlənilməsində Təlimə Dəstək Mərkəzinin mütəxxəssisləri, Binəqədi rayonu üzrə məktəblərdən müəllimlər iştirak edirdi. Təqdim edilən dərslər qonaqlar tərəfindən dinlənildi, sonra isə meyarlar üzrə qiymətləndirilərək müzakirəsi aparıldı. Dəvət olunanlar detallı şəkildə dərsin təhlilini verir, koordinator tərəfindən fikirlər ümumiləşdirilir, müsbət cəhətlər və əgər varsa, nöqsanlar, iradlar qeyd edilir, tövsiyələr verilirdi. İnanırıq ki, layihənin keçrilməsi məktəbin müəllimlərinin dərsin planlaşdirilması və qiymətləndirilməsi, təlim strategiyalarının düzgün seçilməsi tətbiqində müsbət rol oynayacaqdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi